“Minicards” şirkəti 2001-ci ildə Amsterdam şəhərində Beynəlxalq Turizm Məlumat sistemi kimi təsis olunub və hazırda dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərir. Şirkətin ölkəmizdəki nümayəndəliyi olan “Minicards Azərbaycan” 2018-ci ildən fəaliyyətə başlayıb.
“Minicards Azərbaycan” olaraq biz əməkdaşlıq etdiyimiz hotellərdə, hostellərdə, Bakı Turizm Məlumat Mərkəzlərində və digər turistik yerlərdə üzərində minikartlar olan xüsusi dizayna malik stendlərin və Bakı şəhərinin turist xəritələrinin yerləşdirilməsini həyata keçiririk. Sözügedən minikartlar və xəritələr vasitəsilə muzey, tarixi abidələr, əyləncə, alış-veriş mərkəzləri, restoran və turistlərə maraqlı bir çox xidmətlər haqqında faydalı məlumatlarlar çatdırırıq.
Bakı bu gün öz qonaqlarına saysız mağazalar, restoranlar, gəzməli yerlər və əyləncələr təklif edir. Təbii ki, bu cür bol təklif qarşısında turistlər bir çox hallarda seçim etməyə çətinlik çəkirlər. Elə isə şəhərimizin qonaqlarına sizi seçməyə kömək edin! “Minicards” vasitəsilə siz birbaşa hədəf kütlənizə bağlanacaqsınız.